Yanağun alı ilə sən başladun alə, eyləmi?Gözlərümün yaşını sən boyadun alə, eyləmi?
Ləli-ləbüni görəli susamışam totağuna,Qarşuna uşda oluram təşnə zülalə eyləmi?
Dam ilə danəyə düşər uçan həvada quş dəxiDüşdüm isə dəpələgil zülf ilə xalə eyləmi?
Könül kimi sevər isə Leyliyi-Məcnun oldurur,Düşdüm isə günahluyam sahibcəmalə, eyləmi?
Səba yeli gətürəli bana gisusı qoxusınYüklədürəm qoxuları badi-şimalə, eyləmi?
Belün içün qıl olmışam bənzədürəm öz-özümiBədr yüzüni görəli mahi-hilalə, eyləmi?
Bəhram əgər av olmaya, gözlərünə çubin ola,Qəmzələrün urur oxın Rüstəmi-Zala eyləmi?
Bir qıl ilə asılıban zülfünə, şöylə qalmışam,Eşq əri bənüm kibi qıl ilə qala eyləmi?
Bidilü aşiqü qərib xəstədürür ləbün, təbibDərdinə qılmaya dəva, düşə vəbalə eyləmi?