Söz Bulaq loqosu

Qazi Bürhanəddin

Könül bu gecə qıldı yenə yarına merac

Qəzəllər
Könül bu gecə qıldı yenə yarına meracBülbül bilə gül halinivü nə bilə dürrac.
Badi-səhəri müşk ilə kafur arasındaBir nəsnə toxıdı ki, adın bilmədi nəssac.
Göstərdi yüzin, qıldı necə şahi piyadəGər qılmasa oynayımaya oynını ləclac.
Bağrumı biriştə qılurü yürəgi riştə,Qılalı gözi oxlarına canumı umac.
Kuyində səfayi ki, bulam zəmzəməyilə.Zəmzəmdə dəxi bulmamış ola anı hüccac.
Bən varlıq ilə toylamışam hüsnini anun,Cana ləbi sundıvü gerü qalanı tarac.
Bən ətəgünə yapışıban həsir olısaram,Məhşərdə qaçan ki, yığılu gəlisər əfvac.