:Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz,:Mütrib, yenə düz nəğmeyi-tərəbəngiz.
:Dil sinənə bağlandı, can asıldı ləbündən,:Hər mövləvi gərək dürə bəndü şəkaraviz.
:Mələkdə ağız böylə necə ola dürəfşan,:Ya huridə səs böylə qaçan ola dilaviz?
:Nazik tənüni biliməzəm canmı, bədənmi?:Hələ sanuram bən ruhi-bədənamiz.
:Xuni-cigəri gözlərüm axıdə zərurət,:Çün hindu gözün aldı ələ xəncəri-xunriz.
:Şol lə'li-ləbün cilvə qılurisə cəhanə,:Başdan-başa sürxab axıda xitteyi-Təbriz.