Söz Bulaq loqosu

Şair

Əli Nəzmi

1878 (Sarov (indiki Goranboy)) – 1946 (Bakı) · Quzey Azərbaycan

Janrlar lirik şeir, satirik şeir

Məmmədzadə Əli Məhəmməd oğlu (Əli Nəzmi; 1878, Sarov, Yelizavetpol quberniyası – 1 yanvar 1946, Bakı) – şair, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əli Nəzmi 1878-ci ildə Yelizavetpol (Gəncə şəhəri) yaxınlığındakı Sarov (Goranboy) kəndində yoxsul ailədə doğulmuşdur. Atasının vəfatından sonra güzəranı ağır keçdiyindən doğma yurdu tərk edib Orta Asiyanın Buxara və Səmərqənd şəhəriərində iki il tacir dükanında şagird olmuşdur. Mütaliə yolu ilə təhsilini artırmış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir.

Ədəbi fəaliyyətə 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirdiyi "Kənddə ibtida" adlı ilk şeri ilə başlamışdır. 1905-1907-ci illərin inqilabi hərəkatı onun yaradıcılığında dönüş yaratmışdır. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınmışdır. Felyeton və satirik şerləri satirik-yumoristik jurnallarda, xüsusən "Molla Nəsrəddin" jurnalında müntəzəm çap olunmuşdur. "İstibdad", "Qorxuram", "Olacaqmı", "Sizə nə", "Ey fuqəra", "Od tutub odlandı vətən" və s. şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ edir.

Kataloq

Şeirlər

10 şeir
  1. Ata və oğulO ğ u l – Ay dədə, qoy məktəbə gedim,
  2. Atanın oğluna nəsihətiEy mənim ruhi-rəvanım, ey oğul.
  3. DəyişilirHər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar,
  4. KişilərBiz almışıq arvad, alaq çəkməyə,
  5. Məktəb uşağıSübh açılantək oyanır uyğudan,
  6. TapmacaSaqqalı uzun, guşi pühən, naqədəhandır,
  7. UşaqlarUşaqlar istərsə seyri-gülüstan,
  8. PulŞiri qılan gədüsifət-etdirən onu payimal,
  9. Yat!Axşam namazını tələsik qıl, yubamna, yat
  10. Çalışqan CəmalOn iki yaş bir çocuq,