Söz Bulaq loqosu

Əli Nəzmi

Ata və oğul

Şeirlər
O ğ u l – Ay dədə, qoy məktəbə gedim,Məktəbə, orda elm oxum.
A t a – Kəs səsini, a naxələf,Pis süd əməncə, bic toxum.
O ğ u l – Ay dədə, rəhm qıl mənə,Sən kimi cahil olmuyum.
A t a – Adə, çəkil kənarə get,Ay səni qəbrə quyluyum.
O ğ u l – Tazə üsul ilə verirDərsi-ədəb müəlliman.
A t a – Öylə yenə müəllimə...Mən səni vermərəm inan.
O ğ u l – Versən o məktəbə məni,Səncə, günah olur nədir?
A t a – Bəlkə günah olur nədir,Küfr oluram, yerim saqər.
O ğ u l – Ay dədə, söyləmə ədəs,Kafir edərmi şəxsi elm?
A t a – Ay qoducaq, axund deyirAdəmi azdırır bu elm.
O ğ u l – Qorxma, ata, bu məktəbinNəfi də çoxdu, xərci az,
A t a – Vallah, itil, vuracağamBaşına bir yekə qapaz.
O ğ u l – Ay dədə, elmsiz nasılMən bu zəmanda iş görüm?
A t a – Ay vələdüzzina, səniOdda, ocaqda piş görüm.
O ğ u l – Ay ata, elmü fənnasizŞəxs qəni olarmı ya?
A t a – Pul məgər elm ilə olur?Qurbağa oğlu, qurbağa.
O ğ u l – Ay ata, elmsiz... məgərVar ulağ ilə fərqimiz?
A t a – Heç bir cəhənnəm olmasınBoylədi səbkü rəngimiz...
O ğ u l – Durmaq olurmu boş-bekar?Bəs mənə söylə, neyləyim?
A t a – Get mal oğurla, adəm at,Kəsb elə, mən neyləyim?
O ğ u l – Müxtəsəri, qoymursanMən də bu məktəbə gedim?
A t a – Bircə baxın, bu naxələfSöylədiyi cəfənglərə.
Gör kimə tay edir məni,Bir para lağ səfehlərə.
Yox, yox, amandı, qoymaramBu işə mən heç uymanam.
Min demələr də qanmanam,Atəşi “veylə” yanmanam,
Molla Qurut deyib mənə,Özgə sözə inanmanam.