Söz Bulaq loqosu

Əli Nəzmi

Məktəb uşağı

Şeirlər
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Qalxır ayağə, yuyunur pak olur,Bülbüli-baği-ədəbistan çocuq!
Evdə yatıb qalmayaraq kurtək,Dişrə çıxıb cilvələnir nurtək.
Dərs evinə əzm eləyir hurtək,Tərbiyəyə, elmə şitaban çocuq.
Məktəbə daxil olur insan kibi,Dərs oxuyur bülbülü-xoşxan kibi,
Elmi sevir ruh kibi, can kibi,Fikri gözəl, əqli dürəxşan çocuq!
İştə uşaq dərsinə müştaq olur,Şüğlü yazı, mayili-övraq olur,
Səyli olduqda yüzü ağ olur,Eyləyir əhbabını xandən çocuq!
Cəhd eləyir, etməyərək tənbəli,Elm oxuyub güldürə müstəqbəli,
Şəni bəşər elmilədir çün, bəli,Elm oxuyur nitqi dürəfşan çocuq,

Meyveyi-baği-ədəbistan çocuq!