Söz Bulaq loqosu

Əli Nəzmi

Tapmaca

Şeirlər
Saqqalı uzun, guşi pühən, naqədəhandır,Alnı iki barmaq, gözü dar, boynu gərəndir,
Qamətdə uca, əqldə alçaq, döşü gəndir,Yüzyaşlı beli əyri, özü piri-gühəndir.
Gamuş nəfəs, gav qədəm, fil bədəndir,Əfali fitən, kari hiyəl, hərfi çərəndir,
Rəftarı acı, söhbəti duzsuz, hədərəndir,Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir,
Ağzına qapaq xəlqin, ayağına rəsəndir,Yanında iki kəlmə danışmaq qədəğəndir,

Hatifl! Bunu bildir mənə, hansı kəsəyəndir?