Olmasaydı qəmi-eşqin dili-viranımda,Saxlamazdım onu bu izzət ilə yanımda.
O qara xalı mənə versələr qanın içərəm,Nə üçün mənzil edib arizi-cananımda.
Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,Görünür gör nə xələllər mənim iymanımda.
Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,Bu nə rəftardır ol sərvi-xuramanımda?
Düşəni xublərin könlümə fikri, Seyyid,Əlli Yusif tapılar külbeyi-əhzanımda.