Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib

Qəzəllər
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdəyi-sədsalə görüb canə gəlib.
Həmdlər xadiqi-bimislə ki, Şirvam genə,Salmağa tazədən ol müğbəçə samanə gəlib.
Meydə yox ləli-ləbində olan asari-səfa,Sanma kim, gərdişə hərgiz belə peymanə gəlib.
Vərəqi-arizi-alın görüb ol lalə rüxün,Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.
Demərəm adını mən, bax səri-hər beytə bu gün,Bilisen Seyyid özün kimdi ki, Şirvanə gəlib.