Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Dolanım başına ey nazlıca yarım, bəri bax

Qəzəllər
Dolanım başına ey nazlıca yarım, bəri bax,İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
İşvə ağaz qılıb səbrimi tarac etmə,Getdi dildən dəxi aramü qerarım, bəri bax.
Xəm emiş qamətim ebrulerinin qurbanı,Zülfi-pürtabına qurban təni-zarım, bəri bax.
Bu cəfadidə dil, ol kakili-mişkinə fəda,Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.
Can nisar etməyə amadədi Seyyid, gözelim,Gər desən lütf ilə: ey aşiqi-zarım, bəri bax!