Sənsiz ey ruhi-rəvan təndə təvanım yox idi,Təni-zanımda təvan, cismdə canım yox idi.
Ölməyib hicrdə kim, vəslinə yetdim ey məh,Səxt-can olduğuma böylə gümanım yox idi.
Olmasa kimsə qəmimdən mənim agəh deyibən,Gərçi dərdim çox idi, ahu fəğanım yox idi.
Ta səhər zülfü-siyahı dəhnin yadı ilə,Yox idi şəb ki, mənim suzi-nihanım yox idi.
Kakilin şövqi ilə Seyyidi-sərgeştə kimi,Dolanırdım, o səri-kuydə məkanım yox idi.