Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda

XIX əsrin qəzəlləri
Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım,Etibar olmaz əgərçi görələr qan yuxuda.
Zahirən abi-bəqayə yetəcək xəstə könülKim, bilibdir dəhənin sirrini pünhan yuxuda.
Nola ləlin görübən zövq ilə xəndan olsam,Rəsmdir: — şad olu hər kim ola giryan yuxuda.
Var ümidim ola cəmiyyəti-vəslin məqdurKi, qara zülfünü göz gördü pərişan yuxuda.
Gecə gördükdə səfayi-rüxün, ey Kəbeyi-hüsn.Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.
Seyyidi-zar görüb vəslüvi bidar olmuş,Bir gədadır ki, görüb özünü sultan yuxuda.