Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Hanı o malı ilə mən işrət etdigim gecələr

XIX əsrin qəzəlləri
Hanı o malı ilə mən işrət etdigim gecələr,Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Gedəndə yar, durub naz ilə kənarındanAlıb ələ ətəgin, minnət etdigim gecələr.
Düşəndə xatirimə göglərə çıxır ahım,O mahparə ilə xəlvət etdigim gecələr.
Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,Təvafi-kuyi üçün niyyət etdigim gecələr.
Gəlib nihani dəri-yarə, üz qoyub xakə,Qübarın öpməgə ol cürət etdigim gecələr.
Düşərmi bir də olə, ey xudayi-həyyü əhəd,O sərvqamət ilə ülfət etdigim gecələr,
Deyəndə yar mənə dərd, mən deyərdim can,Məzaqə təlx sözün şərbət etdigim gecələr.
Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,Özüm-özümə dönüb ləzzət etdigim gecələr.