Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Qurban olum o gözlərə kim, gördü yarımı

Qəzəllər
Qurban olum o gözlərə kim, gördü yarnı,Yarnı görən göz, əlbət alır ixtiyarnı.
Qoy bir öpüm o gözləri, kim yarnı görüb,Qurban edim o gözlərə, mən hər nə varnı.
Nərgis gözü qalır açıla görsə bağdə,Çeşmi-xümarü sərv-qədi-gülüzarnı.
Mərdümlük olmadı mənə çün çeşmi-yardanKəsdim gözümdən axın öz etibarnı.
Biman olmuşam mən o badami gözlərin.Ənnab gözlərim eləsin fikri-karnı.
Şadəm ki, xak edə məni bu çərxi-kecmədarDamani-yarimə yetirə ta qübarnı.
Seyyid, o gün olurmu genə səhri-bağdəXünəm görüb şüküftə güli-növbaharnı?