Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Xoruz və çaqqal hekayəsi

Şeir
Sübh vəqtində bir qoca çaqqalAclıq etmişdi çox onu bihal.
Gördü kim bir xoruzi-rənginmuEyləyir bir ağacda "quqqulu-qu".
Sordu çaqqal: — Ey xoruz, nə var?Dedi: — Vəqti-nəmazdır əzkar.
Bu minar üstə mən azan verirəm,Xəlqə sübh olduğun nişan verirəm.
Dedi kim, ey xoruzi-xoşavaz,Düş əşağə, qılaq xudayə namaz.
Dedi: — Bəs qoy imamız gəlsin,Vacibül-ehtiramımız gəlsin.
Dedi: — Kimdir imamın, ey zirək?Dedi: — Kənd içrə zorba, qıllı köpək.
Dedi bəs mən gedim bulağə tərəf,Dəstəmazım mənim olubdu tələf.
Köpək adın eşitcəyin çaqqalXövfdən durmadı, qaçıb filhal.