Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

İsgəndərin vəsiyyəti

XIX əsrin şeirləri
Dəmi-nəzi-rəvanda İsgəndərEylədi bir vəsiyyət ol sərvər-
Ki, anama deyin bu göftari,Xəlqə ehsanım eyləsin cari.
Leyk hər kəs çəkibdi dərdü bəlaYeməsin ol təamdən qəta.
Çünki saz oldu neməti-əlvan,Qıldı anın vəsiyyətini bəyan-
Ki, gərək əkl etsin ol adəmÇəkməyibdir cahanda möhnətü qəm.
Mütənəbbih olub kəlamından,Hamı çəkdi əlin təamından.
Çünki çəkmişdi hamı möhnətü qəm,Çıxmadı hiç bir nəfər xürrəm.
Madəri-əşkbari-İsgəndərGərci olmuşdu zari-İsgəndər,
Bildi ki, mərgə yoxdu bir çarə,Hamının qəlbinə dəyib yarə.
Dilbəra, çox da çəkmə möhnətü qəm,Könlüvü eylə qəm günü xürrəm.
Gərdişi-çərxi-kəcmədar keçər,Bu qəmü dərdi-ruzgar keçər.