Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Şah və dehqan

XIX əsrin şeirləri
Bir şahənşahi-asimandərbarEtdi fəsli-şitadə1 əzmi-şikar.
Gecə düşdü uzaq imarətdən,Ehtiyat eylədi mərarətdən.2
Gördülər var xaneyi-dehqan,Meyl qıldı o xanəyə soltan.
Dedilər: - Ey şəhi-büləndəxtər,Beyti-dehqanı şah edərmi məqərr?3
Şahsən, qeyrə iltica etmə,Mənzilin xaneyi-gəda etmə.
Burda xeymə quraq, yaxaq atəş,Dəfi-sərma qılar meyi-biqəş.
Qurdular xeymə, tutdular aram,Mərdi-dehqanə oldu hal elam.
Bir qədər mahəzər qılıb saman,Gətirib ərz qıldı: - Key sultan,
Gər olaydın bu bikəsə mehman,Şənüvə yetməz idi bir nöqsan.
Qoymadılar bu qövmi-danişmənd,Qədri-dehqan ola cahanda bulənd.
Gəldi çün padşahə xoş bu kəlam,Köçdü, anın evində qıldı məqam.
Sübh çün yetdi növbəti-nehzət,Verdi dehqanə nemətü xələt.
Qıldı dehqan müşayiət şahi,Dedi: - Ey bürci-izzətin mahi,
Qədri-sultanə yetmədi nöqsan,Oldu gər bir əkinçiyə mehman.
Leyk dehqanın oldu qədri bülənd,İltifat etdi şahi-dövlətmənd.
Yetdi dehqan bu feyzi-üzmayə -Ki, hüma saldı başına sayə.
Bir daşı rəşki-ləli-nab etdin,Zərrəni misli-afitab etdin.