Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Soltanla qul əhvalatı

XIX əsrin şeirləri
Bir qulami-əcəm bir soltanGəştiyə oldular süvar haman.
Görməmişdi qulam dəryanı,Titrətdi, etdi ahü əfğanı.
Nə qədər verdilər ona təskin,Olmadı çarə, etdi ahü ənin.
Oldu soltanın işrəti dərhəm,Xatiri-padşahə yetdi ələm.
Var idi kəşti içrə türfə həkim,Dedi: - Ey sərvəri-fələk təzim,
Versən izin, ey sitarə-cüyuş,Edərəm bu qulamı mən xamuş.
Dedi soltan ki, eyin-minnətdir,Qayəti-lütfdür, kəramətdir.
Bəs buyurdu həkimi-pürmayə,Atdılar ol qulamı dəryayə.
Bir neçə qutə vurdu sudə qulam,Gəldi kəşti tərəf o siməndam.
Tutdu sukkani-kəştini möhkəm,Ta çıxıb kəşti üzrə qoydu qədəm.
Tapdı aram ol mələkmənzər,Gördü ol padşahi-gərdunfər
Dedi kim, ey güzüni-əhli-ədəb,Bunun aramına nə oldu səbəb?
Dedi: - Bu görməmişdi dəryanı,Eyləyirdi bu ahü əfğanı.
Elə kim, gördü qərq möhnətini,Kəştinin indi bildi qiymətini.
Afiyət qədrini bildi o cavan,Kim, ola bir bəladə əşkfəşan.