Aldım ələ peymanə, təvəkkültü ələllah!Oldum genə rindanə, təvəkkültü ələllah!
Düşdüm həvəsi-silsiləyi-zülfi-nigarə,Oldum genə divanə, təvəkkültü ələllah!
Ol həlgəyi-zülfündə görüb gəndümi xalın,Aldatdı məni danə, təvəkkültü ələllah!
Qorxum budu cəm’iyyətimiz ola pərişan,Yar aldı ələ şanə, təvəkkültü ələllah!
Mən aşiqi-divanə, uşaqlar əli daşlı,Çıxdım yenə meydanə, təvəkkültü əlallah!
Zünnar salıb boynuma zülfi-siyəhindən,Döndüm genə Sən’anə, təvəkkültü ələllah!
Seyyid məni tərdəməni vəslində bilibdir,Düşdüm quruu böhtanə, təvəkkültü ələllah!