Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Sadəlövh nökər

XIX əsrin şeirləri
Seyyida, olma əhməq ilə yar,Ta səni əhməq etməsin zinhar.
Belə təqrir edibdir əhli-bəyan-Ki, müəssirdir ülfəti-insan.
Elə təsdiq kim, bu söz həqdir,Əhməqin yoldaşı həm əhməqdir.
Əhməqin yoxdur əql ilə karı,Bilməz əhməq səyaqi-göftarı.
Sən deyərsən ki, asimandır bu,O deyər, ari, risimandır bu,
Guş qıl kim, bu xoş rəvayətdir,Gərçi bir müxtəsər hekayətdir:
Var idi bir əmiri-sahibzər,Muzd ilə saxlamışdı bir çakər.
Leyk ol çakər əhməq idi, zəbun,Fəhmdən dur, huşdən məğbun.
Dedi bir gün əmir o gümrahə-Ki, filan kimsə gəlsə dərgəha,
Məni səndən sual qılsa əgər,Degilən evdə yoxdu, getdi səhər.
Başa düşdünmü mən deyən hali,Yaxşı oldunmu bu sözə hali?
Dedi: - Düşdüm başa bunu, ammaNə deyim gəlməsə bəs, ey mövla?