Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Məmun və kənizi

XIX əsrin şeirləri
Aldı Məmun bir kənizi-lətif,Bərgi-gül tək lətif-xülqü zərif.
Şəbi-xəlvət o sərvi-xoşqamətDurdu Məmundan eylədi nifrət.
Xişmnak oldu padşahi-qəyur,Çün özündən görüb kənizi nəfur.
Nə qədər bənd oldu miri-əcəl,Padşahə kəniz vermədi əl.
Dedi Məmun, key fəriştəcəmal,Xatirində nədəndi rəncü məlal?
ərz qıldı kəniz, key mövla,İstər öldür və ya ki, eylə rəha-
Ki, gəlir buyi-bəd dəhanından,Qaçıram, vəchi var ki, yanından.
O gecə hiç yatmayıb Məmun,Qüssədən oldu sübhədək dilxun.
Sübh qıldı təbiblər ehzar,Dərdi-pünhanın eylədi izhar.
Qıldılar dəfinə əlaci-niku,Dəhəni oldu gül kimi xoşbu.
Dust tutdu kənizə şahi-əcəm,Oldu hər sübhü şam ona həmdəm.
Mənə çox dustdur bu siməndam-Ki, mənim eybim eylədi elam.
Eybi örtən rəfiq kövdəndir.Onu sən dost sanma, düşməndir.
Seyyida, sanma dustdur, zinharKim, sənə eybin eyləməz izhar.