Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Xeyirsöyləməzin hekayəsi

XIX əsrin şeirləri
Varı bir xeyirsöyləməz nadan,Dilinə xeyir gəlməyib bir an.
Dedi bir şəxs ona kim, ey müztər,Edirəm mən bu gün İraqə səfər,
Bir dua eylə, ey əziz, mənəKi, səlamət gəlim yenə vətənə,
Hər nə əynimdə var libasi-səfər,Sənə verrəm, çıxardıban yeksər.
Dedi kim, indi ver mənə, heyhat,Eylədin bəlkə qürbət içrə vəfat.