Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Rəhm etmədi əhvalıma yarım belə keçdi

Şeir
Rəhm etmədi əhvalıma yarım belə keçdi,Bir baxmadı ol nazlı nigarım belə keçdi.
Həngami-bahar oldu, işim beylə xəzandır,Yarəb nə olur, çünki bəharım belə keçdi.
Gündüzdür işim nalə, gecə göz yaşı həmdəm,Ol zülfü rüx eşqində mədarım belə keçdi.
Saldım özümü payi-səməndinə o şahın,Lütf etmədi ol şahsüvarım belə keçdi.
Yar özgələrin məclisinin oldu çırağı,Mən hicrdə qaldım şəbi-tarım belə keçdi.
Seyyid, o qarə gözlü mənim kəsdi qərarım,Səhrayi-məhəbbətdə qərarım belə keçdi.