Vardı bir düzdi-şəbrəvü əyyar,Eylədi bir oğurluq ol məkkar.
Getdi bazaar satmağa xəlvət.Bir libası ki, eylədi sirqət.
Onu ondan apardı düsdi-digər,Əliboş gəldi acizü müztər.
Dedi yoldaşları ki, ey əyyar,Neçəyə satmısan, elə izhar.
Dedi: - Ol qiymətə ki, almışdım,Ələ ol növ ilə ki, salmışdım.