Azim olmuşdu karivani-ərəb,Bir şütürbeççə çəkdi rəncü təəb.
Çün yoruldu o nazənin-rəftar,Öz anasına eylədi izhar,
Dedi: - Ey madəri-qəviəndam,Bir zaman yatgilən, tutaq aram.
Bu nə seyri, bu nə səyahətdir,Nə məşəqqət, bu nə mərarətdir?
Gəlmisən dağlar üstə covlanə,Düşmüsən Qeys tək biyabanə.
Dedi: - Ey tifli-şirxarə, məgərİxtiyarımladır mənim bu səfər?
Olsa idim bir ixtiyar içrə,Çəkməz idim yükü qatar içrə.
Sarbanın əlində oldu məhar.Hər tərəf çəksə, eylərəm rəftar.
Gərçi məndən tapır bu fel südur,Mənəm aləmdə faimi-məcbur.
Gedirəm, əldə bir maharım yox,Öz əlimdə bir ixtiyarım yox.
Kəştini sanma naxuda aparır,Hər tərəf istəsə, xuda aparır.
Seyyida, həqdi faili-mütləq,Etmə ləq-ləq kimi əbəs ləq-ləq.
Kimsə olmaz sənə cahanda dayaq,Həqq – təaladü qasimi-rəzzaq,
Gəlməmiş sən cahanə ey mədum,Ruziyi-qismətin olub məqsum.
Çəkmə ruzidən ötrü zərreyi-qəm,Çatacaqdır sənə nə bişü nə kəm.
Leyk təhsilə eylə sən tədbir,Şayəd olsun müvafiqi-tədbir.