Bir duası qəbul olan dərvişSaldı Bağdad şəhrinə təşviş.
Hər nə hacətçün eyləsəydi dua,O duanı qəbul edərdi xuda.
Onu xəccac eylədi ehzar,Dedi: - Qıl bir duayi-xeyr izhar.
Əl götürdü, dedi: - Xudavənda.Cismdən canını sən eylə cüda!
Dedi həccac: - Ey məlaikxu,Səni tari, nə bəd duadır bu?
Dedi: - Bu bir duayi-əhsəndir.Həm sənə, həm bizə mühəssəndir.
Sən ölüb etməsən günahi-ziyad,Sitəmindən cahan olur azad.
Nə gərəkdir sənə bu təxtü, bu tac –Ki, olub payimal hər möhtac.
Mərdümazarlıq yaman işdir,Belə qalmaqdan ölməyin xoşdur.