Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Qaz və durna

Şeir
Bir göl içrə üzürdü bir yekə qaz,Özünə fəxr edib uzatdı boğaz.
Dedi: — Mən bir əcibə cür bir quşam,Üç hünər var məndə, xeyli xoşam.
Üçaram göydə, həm suda üzərəm,Quru yerdə boyun çəkib gəzərəm.
Bəs mənəm quşların şahənşahi.Durna oldu bu nəqlin agahi.
Dedi: — Axmaqlığında yoxdur şəkk,Qamətindir diraz, əql gödək.
Göydə tərlan tək üçmağın varmı,Ya maral kimi qaçmağın varmı?
Bir balıq tək üzərmisən sudə,Nədi bu göftguyi-bihudə?
Qaz utandı o göldə durnadən.Vaqif ol, ey oğul, bu mənadən.
Yəni bir elmə daim ol talib,Zifən ol zifünunədir qalib
Kişi bir sənəti bilər xalis,Çoxuna meyil edən qalar naqis.