Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Öyüd

XIX əsrin şeirləri
Ey oğul, büxldən sən eylə həzər –Ki, bəxilin yeri cəhənizmdir.
Gər həlak olsa cümleyi-aləm,Yenə söylər bəxil kim, kəmdir.
İstəməz bir kəsi ola xoşbəxt,Öləcək görsə kimsə xürrəmdir.
Şəbpərə1 afitabədir düşmən –Ki, ziyasıyla halı dərhəmdir.
Seyyida, şəbpərə1 xisal olma –Ki, bu ətvar mərgi-əzəmdir.