Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə,Günün oldisə gər hicran əlindən qarə, səbr eylə,
Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə,Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə,
Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə.Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri,
Tökübdür çoxların qanın bu yolda eşq şəmşiri,İtirmə kəsrəti-qəmdən, əzizim, rahi-tədbiri,
Məhəbbət pak olursa, çox olur əlbəttə təsiri,Edər ahın əsər ol dilbəri-xunxarə, səbr eylə.
Oxurdum məktəbi-üşşaqdə təsnifi-Loğmanı -Ki, gördüm səbt olub hər müşkülə bir növ samanı,
Bu qədri çəkmə hicri-yar əlindən ahü əfqanı,O hansı dərddir kim, olmasın aləmdə dərmanı,
Yazılmış dəhrdə hər dərd üçün bir çarə, səbr eylə.Vuran Mənsurluq lafın qəmi-darından inciməz,
Özün pərvanə tək şəmə vuran narından inciməz.O şirin ləlin, aşiq, təlx göftarından inciməz,
Gülüstani-cahanda gül sevən, xarından inciməz,Əgər yar istəyirsən, təneyi-əğyarə səbr eylə.
Nə qəm, olsa sənə, ey dust, düşmən cümleyi-aləmKi, mülki-hüsn içində, tacidarım, şahsən sən həm,
Çəkib müjgan sipahı eylə yeksər aləmi bərhəm,Və lakin zəxmi-tiri-yarə hərgiz istəmə mərhəm,
Yetə gər sinən üzrə yarə üstən yarə, səbr eylə.Əgərçi xurdü xabı eşq üşşaqə həram eylər,
Xəyali-zülfü rüxsarı günün möhnətlə şam eylər,Nə Əflatun bu dərdin çarəsin, nə Cəm, nə cam eylər,
Olur ki, vəsli-dilbər bir gün, ey məh, iltiyam eylər,Əgər Seyyid kimi könlün ola sədparə səbr eylə.