Dörd min il ömr eylədi Loğman,Oldu ol vəqt ömrü kim, payan,
Lifi-xurmaydı, səqfü bamı onun,Keçib ol evdə sübhü şamı onun.
Onda hər dəm ki, yatmağa uzanır,Bədəni nisfdən eşikdə qalır.
Mələkül-mövt gəldi Verdi salam,Gördü bir evdə eyləyibdi məqam,
əyləşibdir o evdə pirü əlil,Rizq təhsinilnə toxur zənbil.
Dedi Əzrail: - Ey hünarzadə,Bu qədər etdin ömr dünyadə,
Niyə bir xanə etmədin təmir?Dedi: - Haza li mən yəmutu kəsir.