Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Hekayət

XIX əsrin şeirləri
Omiros adlı bir həkimi-zamanƏrzi-Yunanda olmuş idi əyan.
O həkimü ədibü şair idi,Şer fənnində xeyli mahir idi.
Bir nəfər mərd söylədi anə -Key hünərvər, həkimi-fərzanə.
Deyiləm gərçi mədhə mən layiq,Həcvüvə lakin olmuşam şaiq.
Bir neçə beyt həcv qıl məzkur,Ta olum cümlə aləmdə məşhur.
Etmədi ol sözü həkim qəbul.O təmənnadə şəxs oldu məlul.
Dedi bəs, ey ədibi-mülki-cahan,Deyərəm xəlqə kim, həkimi-zaman
Bim edir məndən ol bədikəlam.Eyləməz həcvə xövfdən iqdam.
Gör lətifə həkimi-fərzanəNə cavab eylədi həkimanə:
Dedi ki, bəs desən ki, şiri-jəyanQorxudan vurmadı itə dəndan,
Hiç kəs səndən eyləməz bavər,Şir fəzlin bilirlər əhli-hünər.
Dedi ol şəxs: - Eyyühəl-fazil,Oldu səd şükr, mətləbim hasil.
Sağ ol, ey filosofi-danişvər,Mənə bu həcv xud kifayət edər.