Bir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.
Bir qasidi-xoşxəbər, hünərvər,Yəni rəvişi kəmali-şəkkər,
Cünbani-səlasili-müvalat,Həm baniyi-xaneyi-məalat,
Ramidehi-xatiri-rəmidə,Şadidehi-qəlbi-qəmrəsidə,
Məktubi-şərifini gətirdi,Dildən qəmü qüssəmi götürdi.
Nə namə ki, məhz ruhə rahət,Sərməşqi-fəsahətü bəlağət!
Dil bəzmini eylədi münəvvər,Can bağını qıldı tazavü tər.
Bər verdi ümidimiz nihali,Dil mənzili qəmdən oldu xali.
Məzmunu çün oldu cümlə məfhum,Rəf oldu könüldə dərdi-məğmum.
Təsnimi-həvayi-inbisatı,Açdı dil ara güli-nişatı.
Hər nüktə ki, olmuş idi izhar,Dil oldu qamusuna xəbərdar.