Nəql edirlər ki, bir gün İsgəndərEylədi bir xərabə sarı güzər.
Gördü nagəh xərabədə bir pir,Arizi rəşki-afitabi-münir.
Maili-taəti-xudayi-əlim,Etmədi padşahə bir təzim.
Xişmnak oldu padşahi-qəyur,Dedi: - Ey rahi-mərifətdən dur,
Nə üçün şahə etmədin təzim?Mənəm İsgəndəri-fələktəkrim.
Asiman-qədr şahi-dövranəm,Lütfə dərya, səxavətə kanəm.
Mənəm iqlim-girü bac-sitan,Hökmümə tabe oldu cümlə cahan.
Dedi: - Ey şah-vacibüt-təkrim,Sənə bir kimsə eyləsin təzim –
Ki, ola səndən ehtiyacı onun,Dövlətindən ola rəvacı onun.
Qaneəm mən ki, künci-viranə,Sözlərindir yanımda əfsanə.
Hirs ilə azdır qulam mənə -Ki, olub indi padşah sənə.
Ey olan ol idi qulama qualm,Nə təfaxürdür eylədin elam?
Çəkdi ol gün xəcalət İsgəndər,İltimas etdi ol fələkçakər.
Dedi: - Eylə məni-həzinə dua –Ki, edə hirsü azı dəf xuda.
Seyyida, hirsü azdan həzər et,Gənci-mülki-qənaətə güzər et.
Olasan gər Skəndəri-sani,Olacaqsan zəmanədə fani.
Nə qalır mülkü malı dünyanın,Nə şükuhü cəlalı dünyanın.