Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Mir Cəfərə xitab

XIX əsrin şeirləri
Cəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoşəlhanım!
İki yüz yetmiş üçdə, bəd həzar,mötədil fəsl idi, zəmani-bahar.
Səni həq mən fəqirə qıldı əta,Kəbeyi-qəlbimə yetişdi səfa.
On beş ildir ki, ey ətayi-əzim,Sənə adab eylərəm təlim.
Yetibən əqlə sərfəraz oldun,Dəxi məndən ki, biniyaz oldun...
Demirəm mən gedən təriq ilə get.Sənə bürhan deyil təriqi-pədər,
Gör nə yol getdi zadeyi-Azər.Demirəm rus ya müsəlman ol,
Hər nə olsan get, əhli-ürfan ol...Ey gözüm nuru, ey ətayi-xuda,
Sənə Şirvanda oldu nəşvü nümaGərçi viranə oldu zəlzələsən,
Çıxmayıb mərifət bu mərhələdən.Vardır hər guşədə yüz əhli-kəmal,
Hər biri əhli-elmü sahibi-hal...Xassə kim, padşahi-kişvəri-Rus
Edəli təxti-ədlü dad cülüs,Eləyib tərbiyət kəmal əhlin,
Gətirib halə bir məhal əhlin.Hər vilayətdə açdı məktəblər,
Çatdılar feyzə əhli-mənsəblər.Oxunur onda müxtəlif dillər,
Həll olur onda cümlə müşküllər.Ey oğul, bu dəlili-bişəkdir,
Adəmi-bisəvad eşşəkdir...Həq buyurmuş ki, ixtilafi-lisan
Nemətimdəndir, ey güruhi-cahan!Kim ki, bəs bir dil eyləsə hasil,
Oldu bir nemətə o kəs vasil.Cəhd qıl neməti-təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetişEy oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.Çatmayıb şərdən bizə bu xəbər –
Ki, ərəbdən siva dil oldu hədər.Nə ərəbdir xuda, nə rum, nə zəng,
Nə həbəşdir, nə zəngbarü firəng,Xah boq, xah tanrı, xah xuda
Birdi mənada, ey düri-yekta.Ləfz edirsə ifadə mənanı,

Sərf edər əhli-mərifət anı.