Cəmi çalğıdan üstünsən,Bilir anlayan, kamança.
Nakəslər bilməz qədrini,Gen gəzər nadan, kamança.
Yaxşı günün qabaxladı,Bularsan ad-san, kamança.
Əlimdən vermərəm səni,Aşığa hayan kamança.
Aşığın gümüşdən gərək,Başın gövhərlə bəzənə.
Qoluna şirmayı gərəkÇanağın sədəf gəzənə.
Şişin göz-göz edilə,Qızıldan sim azdı sənə.
Qiymətini bilən yoxdur,Ləl almazsan, kamança.
Kamanın tamam zərlənə,Şölə çəkə min rəng ilə.
Tükün rəxşin quyruğundan,Dillənəsən xoş ahənglə.
Sübhə kimi yatmayanıYatırırsan sən bəng ilə.
Şirin-şərbət, meylə doluBir qızıl camsan, kamança.
Çalanını iki edir,Gəlsin çay-qəhvə deyirsən.
Eyvanlarda qürurlanıbBələnim keyfə deyirsən.
Elə ki, vardın məclisəZövqü səfa istəyirsən.
Gözəllər dövrəni alar,Toyun yarsısan, kamança.
Dərdli könlü güldürərsən,Titrətmənin şəfasısan.
Avazını eşidəndəSevinir həmdəmin olan.
Ellərə çatdır dedilər:"Min yaşasın səni çalan".
Sayat Novanın əlindəSürərsən dövran, kamança.