Şair
Sayat Nova
Janrlar aşıq şeiri, qoşma
سایات نووا; əsl adı Harutyun Sayatyan; 14 iyun 1712, Tiflis – 22 sentyabr 1795, Ağpat) — erməni, gürcü və əsasən Azərbaycan dillərində yazan erməni şair və aşıq. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınmışdır. Səyat Novanın anası Sara, Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi.
Sayat Nova 1712-ci ilin 14 iyun tarixində Tbilisi şəhərində anadan olur. Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır. Yeniyetməlik yaşlarında erməni və azərbaycan dillərini təmiz öyrənir.
Musiqi sahəsinə olan böyük həvəsi nəticəsində müxtəlif musiqi alətlərində ifa etməyə səy göstərirdi. Kamança və Çoğur qısa zamanda sevimli musiqi alətlərinə çevirilir. Musiqi sahəsində məşhurlaşması nəticəsində dönəmin Kaxeti çarı II İrakli tərəfindən təşkil edilən ziyafətlərdə çıxış etməyə başlayır.
Məşhur əsərləri: Divan
Kataloq