Şeyda bülbül bağda beləSən ağlama, mən ağlayım,
Gözüm yaşı dönüb selə,Sən ağlama, mən ağlayım.
Oxu, dolan çəmənzarı,Sən heç görməyəsən xarı.
İtirmişəm nazlı yarıSən ağlama, mən ağlayım.
Axtarıram yarım hanı?Bülbül, saxla gəl nəvanı.
Sən gülü gəz, mən cananı.Sən ağlama, mən ağlayım.
Çinar kimi dolanmışam,Al qanıma boyanmışam.
Yar hicriylə oyanmışam,Sən ağlama, mən ağlayım.
Oxu, açsın bağçada gül,Hicran ilə oluram gül,
Sayat Nova deyir, bülbül,Sən ağalama, mən ağlayım.