Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Yarı gördüm bu gün xəndan oturmuş

XVI əsrin qəzəlləri
Yarı gördüm bu gün xəndan oturmuş,Yanağı tazə gül reyhan oturmuş.
Yüzünə qarşı ğönçə güldügiçün,Səhər ağzına çalmış qan oturmuş.
Səninlə hüsn içində bəhs edənlər,Necə peşman olub, heyran oturmuş.
Sənin sibi-zənəxdanına, ey dust,Nə həddim var desəm, dəndan oturmuş.
Dodağın çevrəsində qoşa xallar,İki zəngi ona dərban oturmuş.
Sənin Leyli cəmalın görmək üçün,Yolunda Məcnuni-heyran oturmuş.
Xətaiyə nəzər qıl çeşmin ilən,Qapunda sübhi-şam giryan oturmuş.