Ta ki, dərdindən olubdur yürəgim sədparələr,Tiği-eşqin yürəyimin səd həzaran parələr,
Ay yüzündən ayru gördüm dideyi-bixabimi,Göy yüzündə uymaz oldu hər gecə səyyarələr.
Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə,Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr.
Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm,Gör, nələr qıldı mənə, şol nərkisi-xunxarələr!
Çıxmasa miskin Xətai könlü zülfindən nola,İşi seyr olur onun hər xanda var səyyarələr.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimni hərdəm eylər yarələr.
Yandırub hicran odu könlümni verdi badə gər,Dutdu əflaki-cahani, geydi gög də qarələr!
Düşdü hüsnin bəndinə canilə dil, bu gözlərim,Çarə yox, naçar olubdur, neyləsin biçarələr.
Tərk edib, qoydum, gedərəm, xanimani, mülki uş,Hicrin etdi mən qəribi, üştə gör, avarələr.
Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl,Qəbrinə basgil, eşitgil səd-həzaran nalələr.