Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz

XVI əsrin qəzəlləri
Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz,Dami-zülfin bəndinə mürği-giriftarəm Hənuz.
Ta ki, mən bülbül təki gülzari-hüsnin görmüşəm,Ta əbəd tərk eyləmən dəreşqi-gülzarəm Hənuz.
Şəmi-rüxsarini ta kim, görmişəm, ey məhliqa.Gögdə yıldızlar kimi hər gecə bidarəm hənuz.
Ta yüzin gördim sənin, mən ey təbibi-dərdi-eşq,Sanma kim, buldum şəfa dərdilə bilmarəm hənuz.
Bu Xətai yar ilən qalu bəlidən qıldı əhd,Həq bilür kim, bərsəri-an əhdü iqrarəm hənuz.