Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Əzəldən şah bizim sultanımızdır

XVI əsrin qəzəlləri
Əzəldən şah bizim sultanımızdır,Pirimiz, mürşidimiz, xanımızdır.
Şaha qurban gətirdik biz bu canı,Şahın sözü bizim imanımızdır.
Həsudə yoxdurur, yalançıya mərgKi, gerçək söhbəti bürhanımızdır.
Şahı həqq deyibən girdik bu yola,Hüseyniyüz, bu gün dövranımızdır.
Biz imam qullarıyüz sadiqanə,Şəhidlik, qazilik nişanımızdır.
Yolumuz incədir, incədən-incəBu yolda baş verək, ərkanımızdır.
Xətaiyəm, məvali, sirri-Heydər,Şahı həq bilməyən düşmanımızdır.