Dilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.
Firqətin dövründə dilbər, xəstə canım oldu zar.Şərbəti-ləli-ləbin bu dərdimin dərmanıdır.
Mehrü qəhrindən anın, aşüftə könlüm, ğəm yemə,Kim, mana cövrü cəfası lütfilə ehsanıdır.
Zahida, vermə nəsihət eşqi tərk etgil, deyüAşiqin allah bilir kim, sevgisi rəhmanıdır.
Ey Xətai, cövrü qəhrindən cahanın incimə,Hər nə kim bəndə yoluna gəlsə həq fərmanıdır.