Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Du zülfündən mənə bir mu gərəkdir

XVI əsrin qəzəlləri
Du zülfündən mənə bir mu gərəkdir,Sənin vəslindən ancaq bu gərəkdir,
Könüldən getməz ol çeşmin xəyalı,Bəli, Məcnunlara ahu gərəkdir.
Cəfavü cövrinizdən inciməz dil,Ki, xublar daima bədxu gərəkdir.
Gözüm yaşın tökər mən ayağına,Bəli, sərv ayağında su gərəkdir.
Xətai sözlərin səm etsün ol ay,Ki, xublar guşinə lölö gərəkdir.