Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Yandım eşqindən əya, güz yüzlü dildar, üştə gör

XVI əsrin qəzəlləri
Yandım eşqindən əya, gül yüzlü dildar, üştə gör,Sənsizin aləmdə gəzmək oldu dişvar, üştə gör.
Sinəmin suzindən ey dilbər, yanır ərşilə fərş,Ağlaram bülbül kimi bivəsl-gülzar, üştə gör.
Lalətək bənzim saralmışdır fəraqindən sənin.Olmuşam dilxəstəvü məcruhü bimar, üştə gör.
Əhdü peymanını məndən ey pəri, sındırma gəl,Kim, mənə zülm eyləmişdir, cövri-əğyar, üştə gör.
Bu Xətai şol büti-tərsa cəmalın görgəcin,Rahibi-deyr olduvü bağladı zünnar, üştə gör.