Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir

XVI əsrin qəzəlləri
Şəmi-hüsnin çövrəsində canü dil pərvanədir,Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir?
Qaşların mehrabü yüzün məscidi-beytülhəram,Gözlərin meyxanəvü ləli-ləbin peymanədir.
Ey müsəlmanan, məni eyb etməyiz aşiq deyib,Kim məni valeh qılan ol nərkisi-məstanədir.
Dilbərin vəslindən ayrı bu dili-məhcurimin,Fikri ənduhü fəraqü dərdilə həm xanədir.
Ey Xətai, əhli-tohidin qatında bilmiş ol,Vaizin bihudə göftari qamu əfsanədir.