Cana, sənin camalını can afitab oxur,Hüsnün kitabi-şərhini ümmülkitab oxur.
Xublar yüzünə baxmağı zahid günah deyər,Aşiqlər ol günahı həmişə səvab oxur.
Bülbül oxurdu gülşəni-hüsnün süfatini,Dil gördü gül yüzüni, sözünə cəvab oxur.
Hər xəstə dil ki, badeyi-eşqinlə oldu məst.Çeşmini saqi, ləlini cami-şərab oxur.
Miskin Xətai yetmək üçün xaki-payinə,Hərdəm dilində ayəti "Künti-türab" oxur.