Ya ilahi, istərəm səndən bu ənami mana,Edəsən həmdəm kim, ol sərvi-güləndamı mana.
Şol büti-namehriban hərgiz məni yad etmədi,Bir məhəbbət qılmadı axır sərəncamı mana.
Cövri-hicran çəkdiyimdən qalmayıbdır taqətim.Ya nəsib etsin nolaydı səbrü aramı mana.
Könlüm aldın bitəkəllüf, canımı almaqdurur,Güldürür eşqində dayim hasilin ami mana.
Keçdi ömrün ey Xətai, uş bu zaye dünyada,Şol vəfasız dilbəridən vermədi kami mana.