Xandadir ol bimisalın ibtidası, xandədir?Kim bilir, ol künt-kənzin intəhası xandədir!
Gəl bəyan etgil süfati-zatini şərh eylə kim,Mən sual etdim ona, eyni-liqası xandədir?
Kəndü lütfindən yaratdı aləmin mövcudini,Cümlənin məqsudi şahdır, istivasi xandədir?
Ərşü kürsi cənnətü həm narü tubavü şəcər,Əbrü badu maü tin, əsli-şərasi xandədir?
Hər kişi kim, zikri-xətlən könlünü etməz cila,Ol nə bilsin bibəsər eşqin səfası xandədir.
Xatəmi-tohidi hər kim könlünə mehr etmədi,Ol şəhadət şərhinin bilməz əsası xandədir.
Sən niyaz et ey Xətai, kimsə bilməz çün səni,Məntiqin inşasının həmdü sənası xandədir.