Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir

XVI əsrin qəzəlləri
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,Qaşınlan qamətin şəkli mənə mehrabü mənbərdir.
Sən ey türki-pəri, dilbər, əcayib süni-yəzdansan,Görəndən bərlü rüxsarın sözüm Allahü əkbərdir.
Könül səhrayi-hicranda, diləməz nafeyi-ahu,Əyağın torpağı cana, mənə çün müşki-ənbərdir.
Nə bürcün kovkəbisən sən, əya mehri-cahan takim,Cəmalın aftabından ona aləm münəvvərdir.
Bu gün ixlasü sidqilə Xətai valeh olmuşdur,Ki, yüzü şəmi-ənvari, saçı onun müənbərdir.