Hüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.
Çün sənin hüsnün misali-Yusifi-Kənandir,Yüzini hər kim ki, görməz yoxdurur iman ona.
Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim,Öylə yanmışdır bu bağrım yoxdurur dərman ona.
Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman,Qanlı yaşımdan tökər hərdəm gözüm baran ona.
Zülməti-zülfində könlü bu Xətai xəstənin,Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ona.